Elmar Vəliyev: "Dəbdəbəli ehsan süfrələrinin açılması yaxşı hal deyil"
Gəncədə yas mərasimlərinə nəzarət olunacaq. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncədə şəhər aktiv və dini icma nümayəndələri ilə görüşdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. O, yas mərasimlərinin 3 gün keçirilməsinin, ehsan olaraq isə ancaq çay süfrəsi açılmasının məqsədə uyğun olduğunu bildirib. Elmar Vəliyev dəfn xərclərinin nəzarətə götürülməsi ilə bağlı ciddi tapşırıqlar verib. Onun sözlərinə görə, dəbdəbəli ehsan süfrələrinin açılması, həddən artıq israfçılığa yol verilməsi yaxşı hal deyil. Din xadimləri, ziyalılar, xüsusilə mollalar əhali arasında təbliğat aparmalı, yas yerlərində sadə ehsan süfrəsi açılmasını təmin etməlidirlər: "Çox insan əziyyət çəkir. Qəbula gəlirlər, utanaraq deyirlər ki,valideyninin, ya bir qohumunun yasından sonra xeyli borca düşüblər".
Görüş zamanı iştirakçılar bu təklifi dəstəkləyiblər. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib