Zabratda dəhşətli qəza: 6 ölü, 2 yaralı
Bakının Sabunçu rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 1-i azyaşlı olmaqla 6 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil taksi fəaliyyəti göstərirmiş. O, Məhəmmədi qəsəbəsinə müştəri apararkən Zabrat qəsəbəsi ərazisində qarşı tərəfdən yüksək sürətlə gələn “VAZ-2106” maşının yoluna çıxıb. “Mercedes”ə çırpılan “VAZ-2106” daha sonra işıq dirəyinə dəyib. Maşında olan 5 gəncin hamısı və 1 azyaşlı dünyasını dəyişib. Meyitlər avtomobildən ətrafdakı adamların köməkliyi ilə çıxarılıb. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil.
“Mercedes”in sürücüsü və sərnişini isə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Yaralılardan yalnız sərnişinin şəxsiyyəti məlumdur. Onun Nizami Gülməmmədov adlı şəxs olduğu bildirilir. O, “Koroğlu” metro stansiyasının yaxınlığından “Mercedes”ə müştəri kimi minibmiş.
Həkim bildirib ki, “Mercedes”in şəxsiyyəti məlum olmayan sürücüsünün həyati təhlükəsi var və onun yaşayacağına ümid azdır.
Faktla bağlı araşdırma aparılır. Ölənlərin və “Mercedes”in yaralı sürücüsünün şəxsiyyəti dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib