Sumqayıtda oğurlanan 2 aylıq körpə tapıldı, oğru qadın həbs olundu
Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb. Bu barədə APA TV-yə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, körpə Binəqədi rayonu ərazisində tapılıb.
Binəqədi rayon Polis İdarəsindən də APA TV-yə körpənin tapılması faktı təsdiqlənib. Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu ogurlayan qadın saxlanılıb.
Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib. “Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım”, - qadın bildirib.
Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.
Aysel Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb.
Hadisədən dərhal sonra Sumqayıt polisi xüsusi əməliyyat qrupu yaratmışdı.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib