İŞİD daha bir amerikalı jurnalistin başını kəsdi - VIDEO
“İslam Dövləti” terror qruplaşması internet resurslarında ABŞ-ın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarx yayıb.
Videogörüntüdə terrorçular həmçinin əllərində olan digər əcnəbi girovu da edam edəcəkləri ilə hədələyiblər. Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Heyns olacağı bildirilir.
Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Amerika hökumətinin bu videonun həqiqi və ya saxta olmasını müəyyən etmək üçün zamana ehtiyacı var. Əldə olan material təmkinlə araşdırılacaq.
Qeyd edək ki, İŞİD bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini edam edib.
OXŞAR XƏBƏRLƏR
11:25
267
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
330
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1274
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1649
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1853
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1273