Daha bir qəsəbə İŞİD işğalından azad edildi, 39 terrorçu əsir götürülüb
Əmirli qəsəbəsindən sonra daha bir yaşayış məntəqəsi İŞİD qüvvələrindən təmizlənib. APA TV-nin məlumatına görə, İraq ordusu kürd silahlıları və şiə milis dəstələrinin köməyi ilə İŞİD-in nəzarətində olan Süleymanbəy qəsəbəsini ələ keçirib. Süleymanbəydə bir neçə gün davam edən döyüşlərdən sonra İŞİD terrorçuları geri çəkilməyə məcbur qalıblar. Ordu qəsəbəni tam nəzarətə götürüb, hazırda ərazi İŞİD snayperlərindən təmizlənir. Terrorçular qəsəbəni tərk edərkən evlərə od vurublar, bölgədən verilən məlumatlarda çoxlu sayda evdə yanğın baş verdiyi, şərait olmadığından alovun qarşısını almağın mümkün olmadığı bildirilir. İraq ordusunun ələ keçirdiyi qəsəbədə minalardan təmizləmə əməliyyatı keçirilir. Terrorçuların şəhərdən qaçarkən yollara və evlərə basdırdıqları bir çox minalar aşkarlanaraq zərərsizləşdirilib. Son məlumatlara görə, ordu birləşmələri 39 İŞİD terrorçusunu əsir götürüblər. Qeyd edək ki, İraq ordusunun geri qaytardığı Süleymanbəy qəsəbəsi iyunun 12-də İŞİD-in əlinə keçmişdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib