Prezident 54 nömrəli məktəbin təmirdən sonrakı vəziyyəti ilə olub
Azərbaycan prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Dövlət başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış olub.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi