Masallıda ana dünyaya gətirdiyi əkizlərini xəstəxanada atıb getdi
Masallıda ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. APA TV-nin “lent.az” saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb.
79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var.
Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.
OXŞAR XƏBƏRLƏR
19:38
427
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
375
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
392
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
336
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
349
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2333