Masallıda 11 yaşlı qızı maşın vurdu
Masallıda azyaşlı piyadanın yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Masallı-Yardımlı şose yolunun 5-ci kilometrliyində, yolun Qəriblər kəndindən keçən hissəsində qeydə alınıb. Masallı şəhər sakini, 23 yaşlı Natiq Ədalət oğlu Ağayevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən piyada, Cəlilabad rayonunun Böyük Bəcrivan kənd sakini, 11 yaşlı Aytən Nadir qızı Nəbiyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Aytən Nəbiyeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalır.
Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub, minik avtomobili isə cərimə meydançasına aparılıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib