ARDNŞ: Qafqaz Universitetinin bağlanması gündəmdə deyil
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Qafqaz Universitetinin gələcək fəaliyyətinə aydınlıq gətirib. APA TV-nin xəbərinə görə, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu təhsil ocağının gələcəkdə də fəaliyyət göstərəcəyinin bildirib: “Qafqaz Universiteti Azərbaycanın təhsil sistemində müəyyən reytinq qazanmış təhsil ocağıdır. Bunu tələbə qəbulu nəticəsində göstərilən nəticələr də əyani sübut edir. Biz ancaq çalışmalıyıq ki, bu universitet daha yaxşı fəaliyyət göstərsin. Qafqaz Universitetində milliləşmə siyasətini və milli kadrların hazırlığını önə çəkməyə çalışmalıyıq”.
Onun sözlərinə görə, Qafqaz Universitetinin bağlanması məsələsi gündəmdə deyil.
OXŞAR XƏBƏRLƏR
11:25
247
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
307
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1258
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1647
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1853
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1271