Xaçmazda avtomobil dərəyə aşıb, 1 nəfər ölüb
Xaçmazda maşın xəndəyə aşıb, bir nəfər ölüb. Ötən gün axşam saatlarında Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 5-ci km-də qeydə alınıb. 1990-cı il təvəllüdlü Simuzər İskəndərova yüksək sürətlə idarə etdiyi “Hyundai Santafe” markalı avtomaşında idarəetməni itirərək avtomobili yolun kənarındakı xəndəyə aşırıb. Qəza nəticəsində maşında olan Abşeron şəhər sakini, 1985-ci il təvəllüdlü Vidadi Məmmədov ölüb. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:38
427
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
375
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
392
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
336
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
349
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2333