Səddam Hüseynin qızı haqqında iddia: "İŞİD-i maliyyələşdirir"
İraqın edam olunmuş prezidenti Səddam Hüseynin qızı Raqhad Hüseynin İŞİD-i maliyyələşdirdiyi bildirilir. Xəbəri alman "Der Spiegel" jurnalı Yaxın Şərqli siyasətçilərə istinad edərək yayıb. Jurnalın məlumatına görə, İordaniyada lüks həyat yaşayan Raqhad Hüseyn milyonlarla dollarlıq sərvətinin bir qismini İŞİD terror təşkilatına ayırır. Onun Baas rejiminin qisasını almaq istədiyi və hakimiyyət iddiasında olduğu bildirilir.
Xatırladaq ki, 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində Baas partiyasının və ölkənin rəhbəri Səddam Hüseyn hakimiyyətdən devrilib. Bundan sonra onun ailə üzvləri və bir çox siyasi-hərbi liderlər başqa ölkələrə qaçaraq yeni İraq hakimiyyətinə qarşı müxtəlif yollarla mübarizə aparmağa çalışırlar.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi