Qaxda avtobus gözləyən qadını maşın vurdu
Qaxda 63 yaşlı qadını maşın vurub. APA TV-nin məlumatına görə, hadisə Qax şəhərinin Üzeyir Hacıbəyov və Natəvan küçələrinin kəsişməsində baş verib. Qax şəhər sakini 39 yaşlı Azər İbrahim oğlu Süleymanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında avtobus gözləyən piyada, Qax rayonununun Ağçay kənd sakini 63 yaşlı Xədicəbəyim Məhəmməd qızı Seyidəliyevanə vurub. Qəza nəticəsində xəsarət alan Xədicəbəyim Seyidəliyeva Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA TV-yə verilən məlumata görə, Xədicəbəyim Seyidəliyeva xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır hesab olunur.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
437
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
387
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
402
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
338
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
350
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2333