Sabah hava buludlu və küləkli olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrolgiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun proqnozlarına əsasən artıq iki gündür Bakıda və Abşeron yarmadasında güclü külək müşahidə edilir. Qeyd edək ki, avqustun 31-də günün ikinci yarısında küləyin sürəti 10-15, arabir isə 18 m/s təkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, havanın nisbi rütubəti gecə 70-80 faiz, gündüz isə 50-60 faiz təşkil edəcək.
Sentyabrın 1-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Ayın 2-də isə küləyin mülayimləşəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib