ABŞ aviasiyası İŞİD-in Amerlidəki mövqelərini bombaladı
ABŞ hərbi-hava qüvvələri İŞİD-in türkmənlərin yaşadığı Amerli şəhərini mühasirədə saxlayan mövqelərinə aviazərbələr endirib. APA TV-nin məlumatına görə, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda deyilir. Eyni zamanda mühasirədə saxlanılan yerli əhaliyə humanitar yardımlar da göndərilib. Bu kimi yardımların davamlı olacağı bildirilir. Ötən gün İraq ordusu, şiə yığma ordusu və kürd özünümüdafiə birləşmələri ilə birgə 2 aydan çoxdur mühasirədə qalan şəhəri azad etm'k üçün İŞİD üzərinə hücum ediblər. Hücum Amerika aviasiyasının köməyi ilə eyni anda şimal və cənubdan edilir.
OXŞAR XƏBƏRLƏR
11:25
226
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
283
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1249
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1646
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1853
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1271