Saxlanan şəxs: "Qaynanasını bacıma şər atdığına görə bıçaqladım"
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Masallı rayon sakini Nuruzadə İdris oğlunu saxlayıblar.
APA TV-nin xəbərinə görə, saxlanılmanın səbəbi İdris Nuruzadənin bacısının qaynanası Şəfəq Cümşüdovaya soyuq silah sayılan beşbarmaq və bıcaqla xəsarət yetirməsi olub. Hadisə martın 11-də zərəcəkən şəxsin yaşadığı "Betonzavod" adlanan ərazidə, zərərçəkənin evinin qarşısında olub. Daha sonra hadisə yerindən qacan İdris Nuruzadə polis tərəfindən axtarılsa da, gizləndiyindən onu xeyli vaxt tapmaq mümkün olmayıb.
İdris Nuruzadə qadının bacısına şər atdığını iddia edib.
Saxalanılan şəxsin dediyinə görə hadisədən sonra Bakıya köcərək kirayə yaşayıb. 16 yaşlı bacısı isə hazırda ata evində qalır. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində CM 221.3-cü (xuliqanlıq) maddəsi cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib