11 illik bazadan texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb
Bu gündən 11 illik bazadan texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, 11 illik bazadan texnikumların boş qalan plan yerlərinə ixtisas seçimi bu gün saat 9:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifresindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalı TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib