Şəkidə Qafqazda ilk dəfə keçirilən moto-festivalın açılışı olub
Şəkidə Qafqazda ilk dəfə keçirilən moto-festivalın açılışı olub. APA TV-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, açılış mərasimindən öncə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festival iştirakşıları XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansara” kompleksinin həyətində təşkil edilmiş sərgi-yarmarkasına baxış keçiriblər. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunub. Festival iştirakçıları sonra şəhər stadionunda çövkən milli oyunu üzrə yarışı və motosikletlərin şousunu izləyiblər. Daha sonra festival iştirakçıları “Aşağı Karvansara” kompleksində təşkil olunmuş aşılış mərasiminə qatılıblar.
Mərasimdən sonra iştirakçılar möhtəşəm konsert proqramına baxıblar.
Qeyd edək ki, tədbir telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə təsadüf edir. Festivalda Azərbaycanın və ondan çox xarici ölkələrin baykerləri iştirak edirlər.
OXŞAR XƏBƏRLƏR
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi