Bərdədə qoyun oğruları yaxalanıb
Bərdədə qoyun oğurluğu ilə məşğul olan qrup yaxalanıb. Rayonun Qaradəmirçi kənd sakini Taleh Həsənovun yerli polis şöbəsinə müraciəti ilə başlanan əməliyyat-axtarış tədbirləri oğurluqla məşğul olan Laçın rayon sakinlərinin həbsi ilə nəticələnib. Bərdə Rayon Polis Şöbəsindən APA TV-nin Qarabağ bürosuna verilən məlumata görə, oğurluq əməliniin izi əməliyyatçıları Qaradəmirçidə məskunlaşan laçınlı məcburi köçkün Əvəz Qurbanovun həyətinə qədər gətirib. Saxlanılan Əvəz Qurbanovun ifadələrindən məlum olub ki, o, bu işi həmyerlisi Səbuhi Imranovla birgə törədib.
Oğurluq əməlində əli olan digər 2 nəfər- 31 yaşlı Səbuhi İmanov və 26 yaşlı Fariz İbrahimov da polis tərəfindən yaxalanıb. Dəstənin satmağa hazırlaşdığı 15 baş qoyun maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin başqa qanunsuz əməllərdə iştirakının olub olmadığını araşdırlır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib