Türkiyənin yeni hökumətinin tərkibi açıqlandı - SİYAHI
Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu ölkənin 62-ci hökumətinin tərkibini açıqlayıb. APA TV-nin məlumatına görə, kabineti açıqlamazdan əvvəl Çankaya köşkünə gedən baş nazir burada prezidenti Rəcəb Tayyip Ərdoğanla təkbətək görüş keçirib. Daha sonra baş nazir media qarşısına keçərək kabinetdə yer alan nazirlərin adlarını açıqlayıb.
Yeni kabinetdə xarici işlər naziri vəzifəsinə Avropa Birliyi ilə münasibətlərdən məsul naziri Mövlud Çavuşoğlu təyin olunub. Çavuşoğlunu Avropa Birliyindən məsul nazir postunda Volkan Bozqır əvəzləyəcək. Yeni hökumətdə gömrük və ticarət naziri postuna Nurəddin Canıklı təyin olunub.
Hökumətdə daha iki dəyişiklik olub. Ərdoğan hökumətində baş nazirin müavinləri olan Əmrullah İşlər və Bəşir Atalay yeni kabinetdə yer almayıb. Davudoğlu hökumətində onları Yalçın Akdoğan və Numan Kurtulmuş əvəzləyəcək.

OXŞAR XƏBƏRLƏR
19:38
453
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
401
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
417

16:17
341
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
354
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2335