Nalbandyan Ərdoğanı “soyqırımın” 100 illiyi mərasiminə dəvət etdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət edib.
APA TV-nin Rusiyanın rəsmi İTAR-TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasiminə qatılan E.Nalbandyan onunla qısa söhbət edib. Nazir Ərdoğanı 2015-ci ildə İrəvanda keçiriləcək qondarma “erməni soyqırımının 100-cü ildönümü” tədbirinə dəvət edib.
Ermənistan XİN Türkiyə prezidentinin dəvətə münasibəti barədə məlumat verməyib.
Qeyd edək ki, Ermənistan prezidenti XİN başçısının Ankarada Rəcəb Tayyip Ərdoğana dəvət məktubu təqdim edəcəyini açıqlamışdı. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə jurnalistlərə açıqlamada bildirib ki, Türkiyə ilə tarixin saxtalaşdırılması üzərindən mübahisələrə getmək heç kimə fayda verməyəcək.

OXŞAR XƏBƏRLƏR
11:25
148
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
214
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1219
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1643
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1850
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1267