Tovuzda faciə: iki qardaş qəzada öldü, 3 nəfər yaralandı
Avqustun 29-da səhər saatlarında Tovuz rayonu ərazisində iki nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsindən APA-TV-nin yerli bürosuna bildirilib ki, hadisə Bakı-Qazax magistral yolunun 433-cü kilometrliyində Tovuz rayonun Cəlili kəndi ərazisində baş verib. Gürcüstan vətəndaşı Mamuti Çamburyaninin idarə etdiyi yük avtomobili ilə Turxan Əmraslanovun idarə ediyi "Mercedes" markalı maşın toqquşub. Hadisə zamanı minik maşınında olan iki qardaş - Rövşən və Samir Balayevlər ölüb. Yaralı Turxan Əmiraslanov və onun sərnişinləri Şəhriyar Nuriyevlə Qabil Vəliyev ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib