Aeroport yolunda qəza: "Mercedes"lə "Hyundai" toqquşub
Bakının Sabunçu rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Aeroport yolunda qeydə alınıb.
Qəza zamanı Zaur İbrahimovun idarə etdiyi "Mercedes"lə Vüsal Paşayevin idarə etdiyi "Hyundai" toqquşub. Sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda qəzadan sonra aeroport yolunu bu hissəsində nəqliyyatın hərəkətində problem yaranıb.
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəliblər. Hə iki avtomobil evakuator vasitə ilə hadisə yerindən uzaqlaşdırılıblar. Aeroport yolundan nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb.
Faktla bağlı Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
519
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
468
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
486
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
343
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
356
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2339