Kəmaləddin Heydərov Şirvanda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şirvan şəhərində vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbulda Şirvan şəhəri, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 21 vətəndaşın müraciəti yerində öz həllini tapıb, bir sıra məsələlərlə bağlı müraciətlərlə əlaqədar qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 182, digər məsələlərlə bağlı müraciət etmiş 61 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib