Şəmkirdə toydan qayıdan maşın qəza törətdi, iki qadın öldü
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Toydan qayıdan rayon sakini, 28 yaşlı Seyidov Namiq İlqar oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobili yolun kənarında olan beton dirəyə çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 53 yaşlı Cabbarova Rübabə Əli qızı və 50 yaşlı Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:25
132
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
199
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1206
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1641
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1847
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1265