Xaçmazda güclü yanğın
Xaçmaz rayonunda güclü yanğın baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun İlxıçıməmmədxanlı kəndi ərazisində biçilmiş taxıl zəmisi, kol-kos yanıb.
Alovun söndürlüməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayıldığı və yaşayış evlərinə yaxınlaşdığı üçün Quba və Şabran DYMH-nin də texnikası və canlı qüvvəsi köməyə çağırılıb.
Güclü külək yanğının qarşısını almağa çətinliklər törədib. Bununla belə, yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.
Ərazidə təxminən 2 hektar sahədə biçilmiş taxıl zəmisi və kol-kos yanıb. Yaşayış evləri yanğından mühafizə olunub.Yanğının başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib