Böyük növbənin yarandığı Rusiya sərhədində son vəziyyət
Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük-keçid məntəqələrində yaranan problem artıq tam aradan qalxıb. Bu barədə jurnalistlərə açıqlamasında “Samur” gömrük-keçid məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib. Onun sözlərinə görə, növbənin yaranmasının səbəblərindən biri Rusiyada yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanda istirahətdə olan Rusiya vətəndaşlarının geri qayıtmasıdır.
Bundan başqa, Rusiya-Gürcüstan sərhədində baş vermiş torpaq sürüşməsi səbəbindən Türkiyə və Gürcüstandan Rusiyaya gedən avtomobillər də Azərbaycan ərazisindən keçir. Bununla bağlı Azərbaycan-Rusiya sərhədində intensiv işlər aparılıb. Gün ərzində sərhəddən avtomobillərin buraxılması sürətləndirib.
Artıq tıxac aradan qaldırılıb. “Samur” gömrük-keçid məntəqəsinin rəis müavininin sözlərinə görə, hazırda “Samur” gömrük məntəqəsinin fəaliyyətində heç bir problem yoxdur.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi