40 il həbsdə yatmış Bakı sakini silahla tutuldu: "Həbsxana yaxşıdır"
7-ci dəfə tutulan Əvvəllər 6 dəfə məhkumluq həyatı yaşamış Vyaçeslav Şapovatov yenidən saxlanılıb. APA TV-nin xəbərinə görə, Nizami RPİ-nin əməkdaşları bu dəfə onu qanunsuz odlu silah saxlamağa və satmağa cəhd etməyə görə yaxalayıblar. Ötən il azadlığa buraxılan Bakı sakini ömrünün 37 il 9 ay 11 gününü həbsdə keçirib.
Saxlanılan şəxs həbsxanaya qayıtmağı özü istəyir: "Ora yaxşıdır , yemək, geyim dərdi cəkmirsən".
İdarənin müstəntiqi Əkbər Şəmşirli bildirib ki, Keşlə qəsəbəsində həbs olunan şəxs silahı satmaq istəyərkən əməliyyatcılar tərəfindən tutulub. Onun üzərindən AKM markalı avtomatdan başqa, 2 ədəd patron darağı və 10,3 qram marixuana aşkar edilib.
Resedevist adını qazanan Şapatov 7-cı dəfə məhkum olunacaq. 53 yaşlı saxlanılan şəxs ilk dəfə 1978-ci ildə 17 yaşında həbs olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib