Zərdabda mal-qara arasında yoluxucu xəstəlik yayılıb
Ölkə ərazisində iri buynuzlu heyvanlar arasında yayılan yoluxucu xəstəliklər Zərdabda da aşkar olunub. 42 kəndi olan rayonun 6 kəndində xəstəliyə yoluxan iri buynuzlulara rast gəlinib. Zərdab Rayon Baytarlıq İdərəsindən verilən məlumata görə, iri buynuzlularda xəstəlik aşkarlanmazdan əvvəl bütün heyvanlar dizinfeksiya olunub.
Xəstəlik aşkar olunan iri buynuzlu heyvanlardan südlük və ətlik kimi istifadəsi qadağan edilib. Onların sağalması üçün müvafiq tədbirlər görülür.
Kənd sakinlərinin sözlərinə görə heyvanlarda aşkar olunan xəstəliklər vaxtında müdaxilə olunmasa iri buynuzlular arasında ölüm halı baş verə bilər.
Rayonda ət kəsimi xüsusi olaraq nəzarətə götürülüb bazara gedən iri buynuzlular isə yoxlanaraq göndərilirXatırladaq ki, Zərdab rayonunda 53 min iri buynuzlu, 204 min xırda buynuzlu heyvan var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib