İki qohum Bakının mərkəzində cinsi azlığı qarət etdi
Bakıda soyğunçuluq hadisəsi baş verib. 18 yaşlı Araz Novruzov özü ilə eyni yaşda olan bibisi oğlu ilə Bakının mərkəzində soyğunçuluq edib.
APA TV-nin xəbərinə görə, saxlanılan Araz Novruzov əməllərinə haqq qazandırmağa çalışıb: "Bizə pul təklif elədi, cinsi zəiflərdən idi. Qovaladıq, təkrar yaxınlaşdı. Biz də pulu gördük. 230 manatını aldım, kafedə xərclədim".
O, polisə verdiyi ifadəsində döydükləri şəxsin ədəbsiz təklif etdiyini iddia edib. Zərərçəkmiş şəxs, Bərdə rayon sakini Zöhrab Hüseynov isə bildirib ki , Rəşid Behbudov küçəsində iki naməlum şəxs ona yaxınlaşaraq, siqaret istəyib. Zərərcəkən 560 manatının və mobil telefonunun oğurlandığını desə də, saxlanılan şəxslər 230 manat pul götürdüklərini deyiblər.
Gənc qohumlar barəsində Nəsimi rayon Polis İdarəsnin istintaq şöbəsində soyğunculuq maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib