ABŞ Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaya bilər - GENERAL DEMPSİ
ABŞ İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatlara başlaya bilər. APA TV-nin məlumatına görə, bu bəyanatla ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, general Martin Dempsi çıxış edib. Əfqanıstanda jurnalistlərin suallarını cavablandıran general bildirib ki, İraqdakı İŞİD terrorçuları Amerika torpaqlarında təhdid törətmək həddinə çatarsa, ölkəsi bu terror təşkilatının Suriya qanadına qarşı əməliyyat keçirə bilər. İŞİD-in hələ də region üçün böyük təhdid olduğunu deyən general Dempsi bildirib ki, bu terror təşkilatı hələlik nə Amerika, nə Avropada partlayışlar törətmək qabiliyyətinə sahib deyil. SİTAT: Əminəm ki, İŞİD-in məhv edilməsinə Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kimi bölgədəki müttəfiqlərimiz lazımi dəstək verəcəklər. İŞİD-in çox amansız davrandığı, hər kəsi təhdid edən, radikal dini qruplaşma olduğu qənaətindəyəm”. SİTATIN sonu.
General Dempsi İŞİD-i “Əl-Qaida” terror təşkilatı ilə müqayisə edərək bildirib ki, hazırda İŞİD terrorçularının ABŞ ərazisində hansısa terror aktı gerçəkləşdirməyə hazırlaşdığı barədə heç bir məlumata sahib deyil. İraqda İŞİD mövqelərinə havadan zərbələr endirdiklərini xatırladan amerikalı general qeyd edib ki, hava hücumları terrorçuların irəliləməsinin qarşısını alıb və İŞİD-in çox güclü olduğu fikrinin üzərindən xətt çəkib.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi