“Evə getmək” üçün maşın qaçıran tutuldu
Abşeron rayonunda avtomobil qaçırdığına görə 1 nəfər saxlanılıb. Rayon sakini Fuad Məmmədov ona məxsus "Hovo" markalı yük avtomobilinin qaçırıldığı barədə polisə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Hökməli sakini, 39 yaşlı Rövşən Əliyev saxlanılıb. Polis bölməsinə gətirilən Rövşən Əliyevin üzərindən narkotik maddə -heroin aşkarlanaraq götürülüb.İlkin dindirmələr zamanı Rövşən Əliyev yük avtomobilini talama məqsədi olmadan qaçırdığını etiraf edib: "İçkili idim. Dedim məni aparın kəndə, heç kim aparmadı. Maşının açarları üstündə idi. Sürdüm getdim. Maşını atdım kəndin kənarında, getdim evə".
Qeyd edək ki,saxlanılan şəxs əvəllər də məhkumluq həyatı yaşayıb.Faktla bağlı cinayət işi açılıb.Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib