Fransa hökumətinin yeni tərkibi bu gün açıqlanacaq
Fransa prezidenti Fransua Olland hakimiyyəti dövründə növbəti dəfə hökuməti dəyişir. Hökumətin yeni tərkibi bu gün açıqlanacaq. Olland hökuməti formalaşdırmağı Manuel Valsa tapşırıb. Hökimətin istefasına iqtisadiyyat naziri Arno Monteburun qalmaqallı bəyanatı səbəb olub. O, büdcə iqtisadiyyatı siyasıtinə qarşı çıxıb.
Artıq məlumdur ki, yeni hökumətdə nə qiyamçı Montebur, nə də onu dəstəkləyən mədəniyyət və təhsil nazirləri olmayacaq.
Mühafizəkar müxalifət hazırkı böhranı hakim sosialistlər üçün iflic adlandırıb. Mühafizəkarlar hesab edirlər ki, hakimiyyət ölkədəki iqtisadi vəziyyətlə bacarmır.
Hökumət dəyişikliyi prezident Olland və yeni baş nazir Valsın reytinqinin kəskin azalması fonunda baş verir. Son sorğuların nəticələrinə görə, Fransua Ollandı fransızların cəmi 17 faizi dəstəkləyir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib