Türkiyə Superkubokunun qalibi məlum oldu
Türkiyə Superkubokunun qalibi məlum oldu. Çempion "Fənərbaxça" Türkiyə Kubokunun qalibi "Qalatasaray"ı məğlunb edərək, Superkubokun qalibi oldu.
Türkiyə futbolunun iki əsrlik çinarları - "Fənərbaxça" ilə "Qalatasaray"ın qarşı-qarşıya gəlməsi ilə yanaşı, gəlirin Somada dünyasını dəyişim mədənçilərin ailələrinə bağışlanması baxımından bu oyun böyük önəm daşıyırdı.
Üst-üstə 3 dəfə Superkubok qarşılaşmasında üz-üzə gələn "Fənərvbaxça" və "Qalatasaray" bu dəfə Manisada qarşılaşırdı.
Hə iki klubun başında yeni baş məşqçi var idi: Sezare Prandelli və İsmayıl Qartal.
Oyunun ilk hissəsi qolsuz bitdi.
İkinci hissə vaxtından 5 dəqiqə gec başladı. Buna səbəb "Fənərbaxça" qapıçısı Volkan Dəmirəlin qoruduğu qapının önünə kənar maddələrin atılması idi.
Oyunun əsas vaxtlında və əlavə edilən iki 15 dəqiqəlik hissədə komandalardan heç biri fərqlənə bilmədi.
Qalib penaltilərlə müəyyənləşdi.
"Qalatasaray"dan Səlcuq İnan, Felipo Melo və Yekta Qurtuluş penaltiləri yerinə yetirə bilmədi, "Fənərbaxçadan isə Caner və Mehmet Topuzun zərbələrinin qarşısını qapoıçı Muslera aldı. Penaltilərin nəticəsinə görə, "Fənərbaxça" 3:2 hesabı ilə qalib gəldi və Türkiyə Superkubokunu qazandı.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib