"Jiquli" ağaca çırpıldı, sürücü öldü
Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Bakı yolunun 5-ci kilometrliyində qeydə alınıb. Göyçay rayon sakini, 59 yaşlı Seylan Bəkirov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Qəzaya səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
549
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
496
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
511
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
348
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
360
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2343