Donetskdə küçə döyüşləri davam edir
Ukraynanın Donetsk şəhərində küçə döyüşləri davam edir. Ötən gün atışmalar demək olar ki, şəhərin bütün rayonlarında aparılıb. Bu barədə Donetsk Şəhər Şurasının məlumatında deyilir. Küçə döyüşlərində Donetskin 2 dinc sakini ölümcül yaralanıb. Bütün küçələrdə rabitə şəbəkələri, relslər, tramvay xətləri dağıdılıb.
Bu arada Ukrayna antiterror qüvvələri Luqanskda separatçıların düşərgəsinə hücum edib. Antiterror qüvvələri mətbuat katibliyinin yaydığı məlumata görə, nəticədə qarşı tərəfdən 80 silahlı, 7 tank və 6 zirehli maşın zərərsizləşdirilib.
Ukrayna Ali Radasının spikeri Aleksandr Turçinov artıq Donbassdakı münaqişənin diplomatik yolla həllinin mümkünsüz olduğunu deyib. Onun sözlərinə görə, Donetsk və Luqansk vilayətlərindəki vəziyyətin həllinə yalnız Ukrayna ordusu kömək edə bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib