Qafqaz Universitetinin tələbəsi dənizdə boğuldu
Lənkəranda daha bir suda batma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Bakı şəhər sakini, 21 yaşlı Amil Vüqar oğlu Əsgərov Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri cəlb olunublar. Onların 2 saatlıq səyləri nəticəsində Vüqar Əsgərovun cəsədi batdığı yerdən 100 – 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, Qafqaz Universitetinin tələbəsi olan mərhum Amil Əsgərov bir neçə gün öncə Lənkərana istirahətə gəlibmiş.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
615
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
561
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
575
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
350
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
362
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2346