Bakıda qırda batan inək xilas edilib
Bakıda qıra bataraq köməksiz vəziyyətdə qalan inək xilas edilib. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Pəhlivan Fərzəliyev küçəsi, ev 94 ünvanında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Daxil olmuş əməliyyat məlumatına əsasən, Xətai rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıblar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, bir baş iri buynuzlu heyvan fərdi yaşayış massivinin ərazisində qır tullantıları olan ərazidə batıb və köməksiz vəziyyətdə qalıb. Heyvan sahibinin və vətəndaşlar tərəfindən çıxarılması mümkün olmadığı üçün köməklik məqsədilə "112" xidmətinə müraciət edilib.
Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə iri buynuzlu heyvanı xilas edərək sahibinə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib