Rusiya vətəndaşı Səbaildə qəza törədib
Bakının Səbail rayonunda Rusiya vətəndaşı qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Teymur Elçin küçəsində qeydə alınıb. "M 582 KU" Rusiya nömrəli "Vaz 2112" markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı daş maniəyə çırpıb. Nəticədə avtomobilin ön hissəsi yararsız hala düşüb. Sürücü isə, hadisə yerini tərk edib. Əraziyə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Avtomobil cərimə meydançasına aparılıb. Yol polisindən APA TV-yə verilən məlumata görə, hadisə yerini tərk edən sürücü axtarışa verilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
616
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
562
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
576
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
350
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
362
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2346