Nərimanovda qəza; sürücü hadisə yerindən qaçdı
Bakının Nərimanov rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb. Qəza nəticəsində "Daewoo" və "BMW" markalı avtomobillər toqquşub. Qəzadan sonra "BMW" sürücüsü hadisə yerini tərk edib. "Daewoo"nun sürücüsü Ramil Rahibovun APA TV-yə verdiyi məlumata görə, qəzaya "BMW"nin sürücüsü səbəb olub. Belə ki, "BMW" sürücüsü yüksək sürətlə hərəkət edərək manevr qaydaları pozub. "BMW" əvvəlcə onun maşınına daha sonra isə, yol kənarında maniyəyə çırpılıb. Qəza zamanı sürücülər xəsarət almasa da avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisinin Nərimonov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza törədərək hadisə yeridən qaçan "BMW" sürücüsü axtarışa verilib. Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib