Tərtərdə dəhşət: Oğul atasını öldürdü, anasını ağır yaraladı
Tərtər rayonunda dəhşətli hadisə baş verib. APA TV-nin Lent.az-a istinadən verdiyi məlumata görə, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir. Hadisəni törədən oğul tutulub. Onun valideynlərini hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir. Digər məlumata görə, hadisəni törədən Arzuman Vəliyev ruhi-əsəb xəstəsidir. O saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
19:38
618
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
564
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
578
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
350
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
362
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2346