Kərkükdə ardıcıl partlayışlar: 23 ölü, 70 yaralı
İraqın Kərkük şəhərində törədilən üç partlayış nəticəsində 23 nəfər ölüb, 70 adam xəsarət alıb.
İlkin məlumata görə, terror aktının hədəfi şəhəri nəzarətdə saxlayan peşmərgələr olub.
Əvvəlcə peşmərgələrin yaşadığı dördmərtəbəli binaya partlayıcı quraşdırılmış yük maşını ilə hücum edilib.
Bunun ardınca şəhərin iki müxtəlif bölgəsində asayiş binalarına terror hücumu olub. Partlayışlardan biri bazarın yaxınlığında törədildiyindən, ölən və yaralananların sayı daha çox olub. Yaralılar arasında vəziyyəti ağır olanlar var və ölənlərin sayının artacağı istisna olunmur.
Kərkük iyunun 12-dən peşmərgələrin nəzarətindədir. O vaxtdan şəhərdə terror aktlarının sayında azalma müşahidə olunurdu. Son partlayışlar Kərkükün peşmərgələrin nəzatinə keçməsindən sonra ən böyük terror aktı sayılır.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi