Bakıda qəzaya uğrayan “Mercedes” bir neçə metr “uçdu”
Ötən gecə Bakı Dairəvi yolunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə yolun Lökbatan qəsəbəsi istiqamətində gedən hissəsində qeydə alınıb.
Qalib Əliyevin yüksək sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Telman Ələsgərovun idarə etdiyi "VAZ-2105" markalı avtomobilə çırpılıb. Sürət yüksək olduğundan, zərbədən sonra "Mercedes" yolun kənarındakı işıq dirəyinə də dəyib. Dirək yerindən qopub, maşın isə bir neçə metr aralıya düşüb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Maşınlardan biri kanala, digəri isə yoldan bir neçə metr kənara düşdüyündən, onların evakuasiyası çətinlik yaradıb. Yol Patrul Xidmətinin əməkdaşları Dairəvi yolda avtomobillərin hərəkətini müvəqqəti dayandırmalı olublar:
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib