Liviya silahlıları Tripoli aeroportunu tutdular
Liviya silahlıları paytaxt Tripolinin beynəlxalq hava limanını ələ keçirdiklərini bəyan ediblər. Məlumata görə, silahlılar hava limanını tam nəzarətə götürüblər, aeroport yaxınlığındakı strateji "Ən Nəqliyyə" düşərgəsini də tutublar.
Tripoli hava limanı ətrafında döyüşlər ötən aydan davam edirdi. Avqustun 13-dən aeroport fəaliyyətini dam dayandırmışdı.
Liviya parlamenti mülki əhalinin qorunması üçün BMT Təhlükəsizlik Şurasına müracuət edib. Millət vəkillərindən biri deyib ki, müraciət BMT-yə çatsa da, bununla bağlı qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Liviya parlamenti avqustun 13-də keçirilən toplantıda dövlət qurumlarının və mülki əhalinin qorunması üçün beynəlxalq müdaxilə təklifini səsverməyə çıxarmışdı. 124 millət vəkilindən 111-i beynəlxalq müdaxilənin lehinə səs vermişdi.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi