Azərbaycan Silahlı Qüvvələrinin tank əleyhinə bölmələri intensiv təlimləri keçir
Qoşunların döyüş hazırlığı planına əsasən təlim mərkəzilərində tank əleyhinə bölmələrin şəxsi heyətinin intensiv hazırlığı həyata keçirilir. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bölmələrin sərəncamında olan mövcud silahlarla yanaşı tank əleyhinə idarə olunan raket komplekslərindən döyüş atışları hazırlığı üzrə taktiki məşqlər aparılır.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əsas diqqətin tank əleyhinə bölmələrin şəxsi heyətinin döyüş hazırlığı, qarşılıqlı fəaliyyəti, mənəvi-psixoloji vəziyyəti, zirehli texnikaya qarşı mübarizə üsullarının aparılması məsələlərinə yönəldilməsini tələb edib.
Təlimlərə cəlb olunan şəxsi heyətin nəzəri, praktiki və psixoloji hazırlığı yoxlanılır, düşmənin zirehli texnikasının zəif yerləri, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşıya qoyulan vəzifələrin icra olunması səviyyəsi öyrənilir.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi