Qaxda üç uşaq atası intihar edib
Qaxda üç uşaq atasının meyiti qonşuları tərəfindən asılmış vəziyyətdə aşkar edilib. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 22-də rayonun Qaxbaş kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Leonid Papiaşvilinin meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılmış vəziyyətdə qonşuları tərəfindən aşkar olunub. Hadisə yerində aparılan ilkin araşdırma zamanı məlum olub ki, rayonda taksi fəaliyyəti ilə məşğul olan, tək yaşayan Leonid Papiaşvili üç gün əvvəl intihar edib. Papiaşvili son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib. Məlumatda o da bildirilir ki, mərhumun iki qızı, bir oğlu var. Mərhumun oğlu hazırda qonşu Gürcüstan Respublikasında polis orqanında işləyir, qızları isə Qax rayonunda ərdədirlər. Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib