Biləcəridə ağır qəza; 1 ölü, 5 yaralı
Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb.
Baş verən qəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü Hüseyn Bəylərov isə, hadisə yerindəcə dünyasını dəyişib.
Eyni zamanda zərbənin təsirindən avtomaşın yararsız hala düşüb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb
Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib