Son bir ayda Bakıda 14 nəfəri gün vurub
Bu gün havaların bir qədər sərin keçməsinə baxmayaraq son 4-5 gündə təcili yardıma günvurma ilə müraciət edənlərin sayı çox olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA TV-yə verdiyi məlumata görə, son bir ayda günvurma ilə bağlı 14 nəfər ağır vəziyyətdə müraciət edib ki, onların da 8 nəfəri xəstəxanaya yerləşdirilib. Stansiyaya hər gün 1700-1800 müraciət daxil olduğunu deyən Oqtay Şahmalıyev bildirib ki, bu il keçən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı bir qədər artıb.
Günvurma zamanı ilk tibbi yardım böyük əhəmiyyətə malikdir. Həkimlərin fikrincə, əgər günvurma yüngül xarakter daşıyırsa, bu zaman ilk tibbi yardımla problemi aradan qaldırmaq olar. Ancaq bəzən uzun müddət gün şüasının təsiri altında qaldıqda zərərçəkən huşunu itirirsə, özünə gəlmirsə, bu zaman şəxs dərhal xəstəxanaya aparılmalı və reabilitasiya olunmalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib