Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın baş verib
Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə 28 may küçəsində qeydə alınıb. Hadisə yerinə FHN - nin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi və Səbail rayonlarının yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin versiyaya görə, hadisəyə səbəb naqillərdə baş verən qısa qapanma olub.
Yanğınsöndürmə qərargahının rəis müavini Xudat Nəbiyevin sözlərinə görə, yanğın 16 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən başlayıb və 6-cı mərtəbəyə kimi bütün elektrik naqilləri yanıb. Yanğın təxminən 12 paqometr sahəni əhatə edib.
Binanın sakinləri dərhal təxliyə edilib, yanğının qarşısı qısa müddət ərzində alınıb. Xəsarət alan olmayıb, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:38
624
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
19:37
573
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
18:15
585
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
16:17
353
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
16:17
366
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
14:40
2350