Toydan qayıdan ailə qəzaya uğradı, 2 nəfər öldü 5 nəfər yaralandı
Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə avqustun 21-də axşam saat 22:30 radələrində yolun 120-ci kilomertliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayonunun Dədəgünəş kənd sakini 1964-cü il təvəllüdlü Babayev Əmiraslan Əlimövsüm oğlu idarə etdiyi 90-MX-130 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü Əmiraslan Babayev və təxminən 70 yaşı olan və şəxsiyyəti tam məlum olmayan Zanbaq adlı bir qadın dünyasını dəyişib. Sürücünün həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Aynurə Arif qızı, iki azyaşlı oğlu 2010-cu il təvəllüdlü Babayev Kamal Əmraslan oğlu və 2011-ci il təvəllüdlü Babayev Amin Əmraslan oğlu, sərnişinlər-1960-cı il təvəllüdlü Şahbazova Kəniz Cəfər qızı və 1967-ci il təvəllüdlü İsmayılova Gültəkin Mark qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ailə toy mərasimindən evə qayıdarkən avtomobil qəzaya uğrayıb.

OXŞAR XƏBƏRLƏR
10:46
131
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1180
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1637
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
1847
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
1263
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1657