Ağstafada yük maşınları toqquşdu: yaralanan var
Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Ağstafa rayonun Aşağı Göycəli kəndi ərazisində qeydə alınıb. İritonnajlı yük avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri ağır yaralanıb.
Qazax rayonunun Kosalar kənd sakini 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "Man" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn və Türkiyə vətəndaşı Tuncay Ayazın idarə etdiyi TIR-la toqquşub.
TIR-ın sürücüsü Qazaxdan Bakı istiqamətində getdiyini, qarşıdan gələn yük maşınının isə onun yoluna çıxdığını iddia edir:
Qəza nəticəsində "MAN" markalı avtomobilin sürücüsü Binnət Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Faktla Bağlı BDYP-nın İstintaq və Təhdiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib